Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-13 15:14:00
Mərkəzi Elmi Kitabxana koronavirus təhlükəsinə görə BAĞLANDI

Mərkəzi Elmi Kitabxana (MEK) koronavirus təhlükəsi ilə əlaqədar oxuculara xidməti müvəqqəti dayandırıb.

 

MEK-dən  AzEdu.az -a verilən məlumata görə, AMEA-nın Mərkəzi Elmi Kitabxanası qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək.

 

Belə ki, kitabxana koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində oxuculara xidməti martın 13-ü saat 14:00-dan etibarən müvəqqəti dayandırıb.