Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-13 15:48:00
“DİM operativ qərargah yaradıb, ictimaiyyəti məlumatlandırmalıdır”-TƏKLİF

“Dövlət İmtahan Mərkəzi sırf imtahanlarla bağlı, təxirəsalınmalarla bağlı operativ qərargah yaradaraq ictimaiyyətə məlumat verməlidir”.

 

Bu fikri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O qeyd edib ki,  imtahanların təxirə salınması və hələ də bu məsələnin məchul qalması narahatlıq doğurur.

 

“Hazırda cəmiyyət Dövlət İmtahan Mərkəzinin məlumatlarını gözləyir. Hələ tam dəqiq bilinmir,  9-cu siniflərin təxirə salınan buraxılış və digər  imtahanları  nə vaxt keçiriləcək. Yaxud, 11-ci siniflərin aprel ayı üçün nəzərdə tutulan imtahanları keçiriləcək və ya keçirilməyəcək.  Keçiriləcəksə, mövzuların taleyi necə olacaq?

 

Ona görə də düşünürəm ki,  DİM  tərəfindən ya ümumi bütün KİV üçün mətbuat konfransı keçirilməli və ümumi bilgi verilməli,  ya da operativ qərargah yaradılaraq oradan maarifləndirici və məlumatverici xəbərlər paylaşılmalıdır. İndi  bu prosesi DİM saytı vasitəsilə edilsə də, dediyim kimi cəmiyyət məlumat qıtlığından əziyyət çəkir”.

 

Xatırladaq ki, DİM mart ayında təxirə salınan  bütün imtahanların keçirilmə tarixini imtahandan bir həftə öncə açıqlayacağını elan edib. 11-ci sinif buraxılış imtahanları və digər tədbirlərin yanvar ayında elan edilmiş qrafikə uyğun olaraq keçirilməsi nəzərdə tutulur.