Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-13 17:00:00
Bu il ilk dəfə Beynəlxalq Riyaziyyat Günü qeyd olunur  

2020-2021-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərinə elektron sənəd qəbulu ilə əlaqədar Alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən valideynlərin övladlarını özləri ilə aparmasına ehtiyac yoxdur.

AzEdu.az  xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın Alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər. Alternativ qeydiyyat mərkəzləri həftənin I-V günləri saat 10:00-dan 16:00-a qədər fəaliyyət göstəriləcəyi bildirilib.

Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə Mərdəkan bələdiyyəsi, Gənclər evi, Buzovna qəsəbə icra nümayəndəliyi, Zirə və Binə bələdiyyələri, Sabunçu, Xətai və Nizami rayonları üzrə Təlimə Dəstək Mərkəzi, Nərimanov rayonu üzrə Təhsil İnstitutunun Təlim Texnologiyaları Mərkəzi, Binəqədi və Nəsimi rayonları üzrə Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi, Suraxanı rayonu üzrə Hövsan, Qaraçuxur və Bülbülə bələdiyyələri, Qaradağ rayonu üzrə Qobustan, Müşfiqabad, Lökbatan, Sahil və Ələt bələdiyyələri, Səbail və Yasamal rayonları üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Qəbul otağı, Pirallahı rayonu üzrə isə Gənclər evində fəaliyyət göstərir