Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-13 13:33:00
Rus  bölməsi  üzrə məktəb seçiminə  bu tarixdən  başlanılacaq  

Birinci sinfə qəbul üçün Azərbaycan bölməsi üzrə elektron qeydiyyatdan keçmiş valideynlər bu gündən etibarən məktəb seçimini həyata keçirə bilərlər.

 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyi tədrisin digər dildə aparıldığı bölmə üzrə məktəb seçiminə isə mayın 1-dən başlanılacağını bildirib. Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədə uğur qazandıqdan sonra valideyn sentyabrın 14-dək şəxsi kabinetə daxil olub məktəb seçimi edə bilər.

 

Xatırladaq ki, 2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçdiyi zaman uşağın şifahi nitq bacarıqları qiymətləndiriləcək. Digər dildə tədris aparılan bölmə üzrə müsahibənin qeydiyyatı martın 30-dək aparılacaq.

Övladı Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupunda təhsil alan valideyn (və ya qanuni nümayəndə) elektron sistemdəki sorğunu ləğv edərək digər dildə tədris aparılan bölmə üzrə sorğu yerləşdirmək istəyərsə, uşağı əvvəlcə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir.

 

Digər dildə tədris aparılan bölmə üzrə I siniflərə qəbul onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada ifadə edə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) yoxlanılır.

 

Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibəyə gələrkən valideyn və uşağın şəxsiyyətini təsdiq edən sənədlərin gətirilməsi tələb olunur. Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə, aprelin 13-dən 22-dək rayon (şəhər) təhsil şöbələrində (idarələrində) növbəyə yazılaraq, müəyyən edilmiş vaxtda apellyasiya komissiyasına müraciət etmək mümkündür.