Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-13 12:49:00
Birinci sinfə qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?  

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyindən valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanının olduğu bildirilib.

Bakıda yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı uşaqlar üstünlük hüquqları ilə təmin olunurlar. Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan və ya həmin məktəbdə işləyən, eləcə də bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan uşaqlar üstünlük hüquqlarına malikdir. Elektron qeydiyyatdan keçmiş valideynlər bu gün saat 11:00-dan etibarən məktəb seçimini həyata keçirə bilərlər.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada aparılır.