Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-13 10:33:00
Türkiyədə məktəb və bağçalarda tətil elan edildi

Türkiyədə məktəblərdə martın 16-dan 30-dək tətil elan edilib.

“HaberGlobal”ın məlumatına görə, bu barədə Milli Təhsil naziri Ziya Selçuk koronavirusa qarşı ölkədə təhsil sahəsində həyata keçirilən tədbirlər barədə danışarkən bəyan edib.

 O, dərslərin distant üsulla davam etdiriləcəyini bildirib: “İki həftəlik tətil zamanı şagirdlərimizdən evdə istirahət etmələrini xahiş edirik. 23 mart - bazar ertəsindən etibarən evdə distant təhsil prosesi başlayacaq”.

Bundan başqa, ölkə ərazisində körpələr evləri və bağçalar da növbəti elana qədər tətilə buraxılıb.