Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 20:55:00
Rektordan xaricdə təhsilini yarımçıq qoyub qayıdan tələbələrə imkan

"Xaricdə oxuyan bir sıra azərbaycanlı tələbələr koronavirusla əlaqədar dərslərini yarımçıq qoyaraq Azərbaycana qayıdıb və ya xarici ölkədə qalmaqla dərslərini dayandırıblar. Dərslərində geri qalmamaları üçün həmin tələbələrə UNEC-də bu gündən distant formada təşkil edilən dərslərə qoşulmağı təklif edirik".

 
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov öz feysbuk səhifəsində yazıb.

 

Ədalət Muradov  qeyd edib ki, dərslər ödənişsiz təqdim ediləcək: "Seçimlərinə uyğun olaraq tələbələr dərsləri azərbaycan, türk, ingilis, rus dillərində dinləyə bilərlər. Yekunda tələbələrin istəyinə uyğun olaraq onlara dinlədikləri dərslər barədə müvafiq sənəd verilə bilər. UNEC-də distant dərslərə qoşulmaq üçün http://kabinet.unec.edu.az/ səhifəsinə və bununla əlaqədar təlimatla tanış olmaq üçün shorturl.at/ptzB5 səhifəsinə müraciət etmək lazımdır. Hər birinizə uğurlar arzu edirəm".