Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 17:38:00
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yeni sədri - fəlsəfə doktorudur

Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən Bahar Əvəz qızı Muradova  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

 

AzEdu.az yeni təyin olunan sədrin təhsil dosyesini təqdim edir:

 

Bahar Muradova 1962-ci il martın 20-də Füzulidə anadan olub. 1s977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini bitirib. 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə başa vurub. 1990-cı ildə Azərbaycan Dövlət Universiteti nin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsinin məzunu olub.

 

30 oktyabr 2009-cu ildə  AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.