Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 17:37:00
Müəllimlərin  ixtisasartırması ilə bağlı vacib məlumatlar- Bunları etmək olmaz  

 

 Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. Bu, insan potensialının inkişafının, kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, onların daim yenilənən əmək şəraitinə uyğunlaşdırılmasının təmin edilməsi və s. vəzifələri daşıyır. Əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə təhsil proqramlarının mənimsənilməsi əsasında müvafiq sənəd verilir.  

 

Tədris müəssisələrində dinləyicilərin komplektləşdirilməsi dövlət sifarişi nәzәrә alınmaqla nazirlik, idarə, birlik, müəssisə, təşkilatlarla, eləcə də vətəndaşlarla bağlanmış müqavilələr əsasında yerinә yetirilir. Tədris müəssisəsi buna uyğun olaraq dinləyicilərin cari və perspektiv kurs tədbirləri planını tərtib edir.Təlim-tərbiyə işlərini, pedaqoji kadrların ixtisas səviyyəsini və maddi-texniki bazanın vəziyyətini kompleks şəkildə qiymətləndirmək mәqsәdi ilə tədris müəssisələri müәyyәn edilmiş qaydada attestasiyadan keçirilir.

 

Kadrlar bir ix­tisasartırma dövrü ərzində nəzərdə tutulan minimum krediti toplamaq şərtilə hər bir modula daxil olan proqramları və təlim vaxtını seçmək hüququna malikdirlər.

 

 AzEdu.az xəbər verir ki, ixtisasartırma təhsili üzrə təlim modulları aşağıdakılardan ibarətdir:

 

- peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim;

- ixtisas sahələri üzrə təlim;

- innovasiyalar üzrə təlim.

 

İxtisasartırma təhsili əyani və distant (məsafədən) olmaqla 2 formada həyata keçirilə bilər.  Ümumtəhsil məktəblərində dərs deyən müəllimlərin bəziləri qeyri-ixtisas sahibləri olsa da, sonradan ixtisasartırma və ixtisasdəyişmə yolu ilə müəllimlik ixtisasına da yiyələniblər. 

 

İxtisasartırma müəllimin öz ixtisasına daha dərindən yiyələnməsi üçün nəzərdə tutulur. Bunu ixtisasdəyişimi ilə qarışdırmaq olmaz. İxtisasdəyişiminə yalnız pedaqoji təhsili olanlar müraciət edə bilərlər. Yəni tutaq ki, I ixtisas qrupu üzrə hər hansı bir ixtisası bitirən şəxs ixtisasdəyişimi ilə Fizika müəllimi işləyə bilməz.

 

Lakin Tarix müəllimi ixtisasını dəyişərək tarix-coğrafiya, kimya müəllimi kimya-biologiya və s. dəyişimlər  mümkündür.

 

 

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları