Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 16:03:00
Rektor distant təhsilin faydalarından danışdı

“Tətbiq edilən model ən müasir texnologiyaların vəhdəti ilə əyani təhsilin alternatividir”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri UNEC-in rektoru Ədalət Muradov şəxsi facebook səhifəsində yazıb.

 

O, Azərbaycan Dövlət İqtisad Universitetinin distant təhsil formasına keçməsinin üstünlüklərindən söz açıb:

 

“12 martdan etibarən UNEC tələbələrin bütün dərslərini distant formada təşkil edib. Tətbiq edilən model ən müasir texnologiyaların vəhdəti ilə əyani təhsilin alternatividir. Onun yeganə fərqi müəllim və tələbələrin müxtəlif məkanlarda olmasıdır. Ən böyük üstünlüklərindən biri müəllimin mühazirəsinə tələbələrin dərsdən sonra məhdudiyyətsiz baxmaq imkanıdır”.

 

Rektor  tələbələrə   uğurlar diləyib.

 

“Ölkəmiz üçün yeni tədris formasının tətbiqini mümkün edən müəllimlərimiz başda olmaqla hər bir kəsə təşəkkür edirəm”.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır. 

 

Buna görə də UNEC tələbərin təhsildən geri qalmaması üçün distant təhsil modelinə keçib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları