Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-13 12:16:00
Universitetlərdə dərs ilinin  uzadılmasının  müsbət  tərəfləri – Prorektor açıqladı

 

 

 

 “Verilən qərar tədrisin effektivliyinə müsbət təsir göstərəcək”.

 

 Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı Mühəndislik Universitetinin (BMU) prorektoru Elçin Süleymanov deyib.

 

 O, tədris müddətinin iyun ayının 15-nə kimi uzadılması ilə bağlı qərara münasibət bildirib:

 

 “Koronavirus pandemiyasına görə  12 dərs günü müddətində təhsil müəssisələrində tədris dayandırıldı. Yeni qərara əsasən isə dərs ili 15 iyuna qədər uzadılıb. Bu fikir gözlənilən idi.  Ən düzgün variant da məhz bu oldu. Tədris zamanı digər günlərin dərslərini əlavə dərs yükünə daxil etmək tələbələr üçün ağır olacaqdı. Çünki  2 həftənin keçilməyən dərs yükünü qısa bir zamana  proqrama sığdırmaq çətin olardı. Ona görə də ən düzgün qərar tədris ilinin yay aylarına qədər uzadılması oldu”.

 

Prorektor qərarın yay məktəblərinə təsirindən söz açıb:

 

“Lakin verilən qərar yay məktəbinin başlama vaxtına təsir göstərəcək. Çünki yay məktəbi smestr bitdikdən  sonra təşkil olunur.  Əvvəllər onun vaxtı iyululun  6 dan avqust ayının 15-i  arasında  6 həftəlik təşkil olunurdu. İndi isə  yəqin ki proses avqust ayın sonuna kimi uzadılacaq. Bu da tələbələrə o qədər də ciddi təsir göstərəcəyini düşünmürəm.  Dərslər sentyabr ayının 15-i başlayır deyə,  bir aylıq tətil  iki həftəlik müddətlə  əvəz olunacaq”.

 

 Elçin Süleymanov tədris ilinin uzadılmasının tələbələrin psixologiyasına təsir göstərməsindən söz açıb:

 

“Bu qərarın tələbələrin psixologiyasına  mənfi təsir etməyəcəyini güman edirəm. Onlar hazırda tətildədilər, lakin yay üçün olan əlavə zamanları azalacaq. Bu isə  böyük fərq yaratmayacaq. Normalda tələbələr iki ay tətilə gedirdilərsə,  indi  1 ay yarım  olacaqlar.  Hətta bəzi təhsil alanlar yay tətillərində darıxırlar.

 

Bu bizdən aslı məsələ deyil. Bütün dünyada vəziyyət belədir”.

 

Qeyd edək ki, Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb. Bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb.

 

 Əmrdə qeyd edilib ki, buraxılış kursları istinsta olmaqla, digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam etdiriləcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları