Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 12:15:00
Cəmiyyət üçün inanılmaz yeniliklərə imza atan şagirdlərimiz-Onları siz də tanıyın

Intel ISEF müsabiqəsi Intel korporasiyasının təhsil sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən biridir.

Müsabiqə imkan verir ki, ölkəmizin ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında elm və mühəndisliyin yüksək inkişafı təmin edilsin.

Azərbaycan bu tədbirə 2011-ci ildə qatılıb, 2012-ci ildən isə iştirak hüququ qazanıb.

İntel İSEF-in 2020-ci il üzrə final mərhələri bu ilin 10-15 may tarixində Amerikada keçiriləcək.

Müsabiqənin final mərhələsinə seçilən şagirdlər təəssüratlarını   AzEdu.az-la bölüşüblər.

Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Məryəm Hacıyeva “Baykal başlıqotu dərman bitkisində  nanodərmanın sintezi və onların antioksidant, antibakterial təsirləri” layihəsi ilə “Sabahın Alimləri” müsabiqəsində qalib olub.

O, layihənin təfərrüatları haqqında məlumat verib.

“Proyektin əsas məqsədi baykal başlıqlı dərmanın gümüş sintezinə nail olmaq və onun tərkibində olan mikrovalentlərin hansının daha aktiv şəkildə birləşdiyini təmin etməkdir. Bu da həmin tərkibinnanodərman kimi istifadəsinə imkan yaradır.Nanodərmanın adi dərmanlardan fərqi nədir? Nanodərmanlar yalnız xəstə hüceyrələri öldürməyə istiqamətlənir. Onlar sağlam  hüceyrələrə toxunmurlar. Bu da insan səhətinin daha  gümrah olmasını təmin edir.  Belə ki, baykal başlıqlı bitkilər insanlarda bir çox xəstəliklərin sağalmasını təmin etmək imkanına malikdir.Nanodərmanlar qısa vaxt ərzində böyük effect verə bilər. Bizim məqsədimiz nanodərmanın xəstəliyin ilkin mərhələsində təsirini təmin etməkdir. Bundan sonra nanodərmandan aktiv şəkildə istifadə etmək mümkün olacaq. Onların təsir dairəsi  1 aydan 1 ilə kimidir”.

Məryəm İntel İSEF müsabiqəsinə hazırlıq prosesindən söz açıb.

“Layihəmiz ötən il tam hazır olmadığı üçün müsabiqədə iştirak edə bilmədik.   Bu il isə münsiflərdən çox yaxşı nəticələr əldə etdik.

İngilis dilini əvvəlcədən öyrənmişdim, layihə boyunca  da onutəkmilləşdirdim və ABŞ-a gedənə qədər intensiv olaraq ingilis dilini yüksək səviyəyə çatdırmaq niyətindəyəm.  

Biz müsabiqənin mükafatlandırılması mərasimində ikinci yerə layiq görüldük və ABŞ-a göndərilən 4 layihədən biri olduq.  May ayının 15-də  Kaliforniya ştatının Anexr şəhərində İSEF müsabiqəsi keçirləcək. Ümid edirəm ki, bu müsabiqədə yer tutmaqla bir ilkə imza atarıq .Biz inanırdıq ki, müəyyən yerə layiq görüləcəyik. Çünki bizim layihəmiz dünya miqyasında çox araşdırılan sahələrdəndir.  Xaricə göndəriləcək layihə olmasına baxmayaraq, bu bizim üçün surpriz oldu”.

XXI əsr Beynəlxalq Təhsil və İnnnovasiya Mərkəzi 11-ci sinif şagirdi SılaSunan “Solar EnergyBased on Multipleand ProductsSystem” layihəsi ilə “Sabahın Alimləri” ində qalib olub.

Müsahibimiz layihənin məqsədi haqqında məlumat verib.

“Proyektin məqsədi yalnız bir avadanlıqda cəmiyyət üçün faydalı ola biləcək bir çox məhsulu əldə edə bilməkdir.

Bu avadanlığı qurmaq üçün biz günəş enerjisi, dəniz suyu, tullantı, duz, minirallar, fosfor, sulfat, içmə suyu,  və gübrədən istifadə edəcəyik. Biz bu layihə vasitə ilə cəmiyyətə xeyir verməyi düşünürük. Lakin müxtəlif maddələr istifadə olunduğu üçün  çalışacayıq ki,  ətraf mühitə zərər dəyməsin.Hazırda İntel İSEF- hazırlıqlarımız yüksək səıviyyədə davam edir. Proyekti Amerikada daha yaxşı şəkildə təqdim edəcəyik”.

Qeyd edək ki, Intel ISEF-in ABŞ-da keçirilən final mərhələsinə hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan 550-dən artıq müsabiqənin qalibləri qatılır. Son illər Intel ISEF beynəlxalq müsabiqəsində öz elmi layihələrini nümayiş etdirmək istəyən şagirdlərin sayı xeyli artmışdır. Bu da elmtutumlu tədqiqatlara şagirdlərin marağının artmasını əks etdirir. Müsabiqədə iştirak edən ölkələrin sayı artır, coğrafiyası genişlənir. Belə ki, əgər 2006-cı ildə bu müsabiqədə 47 ölkə, 2009-cu ildə 51 ölkə iştirak etmişdirsə, 2011-ci ildə ölkələrin sayı 65-ə çatmışdır. Hər il Intel ISEF müsabiqəsinə yeni ölkələr qatılır. İştirakçıların sayı artdıqca şagirdlər arasında mübarizə gərginliyi də yüksəlir. Cəmiyy

Şükufə Süleymanlı
Müəllifin digər yazıları