Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 11:21:00
Tədrisi virtual  formatda aparan təhsil müəssisəsi – Xüsusi otaqlar, görüntülü dərslər..

 

Şagirdlər tətil günlərində Hədəf Kursları, Hədəf STEM Liseyi və Mədəniyyət TV-nin ortaq lahiyəsi olan "Dərs saatı" verilişini izləyə biləcəklər. “Hədəf” liseyinin müəllimləri həftə içi 5 gün müəyyən mövzuları izah edirlər. Həmçinin "Dərs saatı" vasitəsilə mövzuları təkrarlaya bilər, bilmədiyiniz mövzuları öyrənə biləcəksiniz.

 

Mövzuyla əlaqədar Hədəf liseyinin direktoru Şəmil Sadiq AzEdu.az-a açıqlamasında bildirib ki,  “Onlayn  dərs ideyasını bir neçə ildir ki, düşünmüşük və həyata keçirmək üçün çalışırdıq. “Onlayn kurs” adlı portalımız fəaliyyət göstərir.  İştirakçılar online dərs otaqlarından istifadə edərək, səsli, görüntülü və yazılı dərslərdən yararlana bilərlər. Bugündən fəaliyyətə başladı.

 

Bu dərslərimizi facebook(https://www.facebook.com/hedefkurslariofficial/) və youtube (https://www.youtube.com/user/hedefkurslari)  hesablarımızda paylaşacağıq.

Bundan əvvəl isə Mədəniyyət telekanalında “Dərs saatı” verilişi yayımlanmağa başladı.

 

 Bu proqram buraxılış və qəbul imtahanında iştirak edəcək şagirdlərə kömək məqsədilə yaradılıb. Həftədə 5 gün saat 18:00-də həmin kanalda veriliş yayımlanır.

 

 Azərbaycan dili, ingilis dili,  riyaziyyat və coğrafiya fənlərindən mövzular izah olunur. Artıq Təhsil Nazirliyi də bu cür dərslərin keçirilməsi məqsədilə həmin kanalda “Dərs vaxtı” verilişinin yayımına başlayıb.

 

Bizim dərslərimiz əsasən 9-cu sinifdən yuxarı şagirdlər üçün nəzərdə tutulub. Təhsil Nazirliyinin proqramında isə saat 10-16-dək ibtidai sinifdən ən yuxarı siniflərədək mövzular izah olunacaq. Nazirliyinin bu addımı məni çox sevindirdi.

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları