Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-11 17:08:00
“Teledərslər zamanı aşağı sinifdə oxuyanlara mütləq yardım edilməlidir”-SƏBƏB

 “Koronavirus epidemiyası səbəbindən  orta və ali təhsil pilləsində tədris nüvəqqəti  dayandırılıb.

 

Bu gündən etibarən Mədəniyyət kanalında  bütün siniflər üzrə dərslər virtual şəkildə tədris olunacaq”.

 

Bu sözləri AzEdu.az açıqlamasında pedaqoji elmlər doktoru, professor  Fərrux  Rüstəmov deyib.

 

Təhsil mütəxəssisi məktəblərin məlum səbəbdən müvəqqəti bağlanmasının tədris proqramına nə dərəcədə mənfi təsir edib-etməyəcəyindən danışarkən, bir neçə maraqlı məqama toxunub:

 

“Tətildən sonra şagirdlərin həftənin şənbə günləri də  dərslərdə iştirakı  zəruri hala çevrilməkdədir. Çünki   onlayn  dərslər  əsasən ibtidai sinif şagirdləri üçün nəzərdə tutulub;  onların işləmə bacarığı hələ azdır. Valideynlərin də bu məsələdə uşaqlarına kömək etməyi tövsiyə olunur.

 

Kütləvi informasiya vasitələrində- televiziya da, radioda tez-tez uşaqların dərslərdən geri qalması kimi suallara rast gəlinir.

 

Yaşlı nəslin yadındadır ki, 20-30 il bundan əvvəl bir faciə baş vermişdi və   tədris prosesi müvəqqəti dayanmışdı.

 

Əvvəllər də dərslərin dayandırılması halları az olmayıb. Bəzən, bu  müddət 2-3 ay davam edirdi, bu zaman şagirdlər pambığçılığa, üzümə gedərdilər.

 

Koronavirus epidemiyası  bir bəladır, amma millətin sağlamlığı təhsildən daha önəmlidir. Millətin davamlı inkişafı onun sağlamlığı ilə ölçülür.

 

Burada əsas diqqət mərkəzində olan kəsim ibtidai siniflərdə oxuyanlardı.  Valideynlər onlara bu mərhələdə mütləq köməklik etməlidirlər.  Yuxarı sinif şagirdləri isə özləri bilir ki, hansı mövzunu oxumaq lazımdır. Bir çox dünya ölkələrində məktəblər bağlanıb, milyonlarla uşaq təhsildən geri qalır.Bu problemin tez bir zamanda həll olunacağına inanırıq”.

 

Rəviyyə CƏFƏRZADƏ