Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-11 15:40:00
Azərbaycanda dəhşət: Dördüncü sinifdə oxuyan oğlan özünü asdı  

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, rayonun Sarxanbəyli kəndində 2009-cu il təvəllüdlü N.S. özünü yaşadığı evin həyətindəki damda asaraq intihar edib.

 Onun asılı vəziyyətdə qalan meyitini ailə üzvləri aşkar ediblər.

Bildirilir ki, intihar edən 11 yaşlı oğlanın anası 4 il əvvəl vəfat edib. O, orta məktəbin 4-cü sinfində oxuyurmuş.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.(Publika.az)