Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-23 11:54:58
“Sualda xətaya yol verən müəllimə DİM tərəfindən cəza üsulları tətbiq olunur” – Ekspert rəyi

“İmtahan sualları Dövlət İmtahan Mərkəzinin əməkdaşları, yəni komissiyanın müəllimləri tərəfindən hazırlanır.  Sualların hamısı DİM-in texniki bazasında olur. Həmin bazadan ilk olaraq sualları kompüter çıxarır, müəyyən edir. Sonra sualların asan, çətinliyinə görə bölünməsinə müəllimlər baxıb razılıq verir. Növbəti mərhələdə fənn müəllimləri baxırlar ki, imtahanda bu suallardan istifadə oluna bilər, ya yox. Bu proses zamanı  məsuliyyət birbaşa fənn müəllimlərinin üzərindədir”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, II-III qrupların imtahanında bir o qədər problem çıxmayıb,amma I-IV qruplarda bəzi problemlər olub:

“IV qrupda  etalon səhvinə yol verilmişdi. Düzdür, DİM müəyyən testlərdə onu verir. Amma bəzi abituriyentlər bundan xəbərsiz olduğu üçün, məcbur olub onların xeyrinə addım atdılar. Halbuki, orda  cd deyil, elə c variantı götürülməli idi”.

Eksperti  doğru cavabı olmayan sualların uşaqlara təsirindən də danışıb. O bildirib ki, belə suallar psixoloji olaraq uşaqlara təsir göstərir:

“İmtahan gedişində çətin suallar əlavə vaxt itkisi deməkdir. Hər imtahandan sonra DİM Appelyasiya Komissiyası yaradır. Kimin şikayəti varsa, bu Komissiyaya bildirir. Orda bir çoxlarının şikayətlərinə baxılır, abituriyent haqlıdırsa, ona müsbət cavab verilir. Ümumilikdə, hər sual, hər bir proses abituriyentlərin xeyrinə həll olunmalıdır.  Sualda xətaya yol verən müəllimə isə DİM tərəfindən cəza üsulları tətbiq olunur. Töhmət verilə və ya əmək haqqından  tutulmaqla cərimə oluna bilər”.

Qeyd edək ki, mayın 20-də DİM tərəfindən  ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.  IV iqrupda istifadə olunmuş riyaziyyat fənni üzrə 25-ci test tapşırığının etalon cavabında isə dəyişiklik edilib. Buna əsasən, uyğunluqdakı “3dc” cavabı “3d” cavabı ilə əvəzlənib.