Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-10 16:49:00
Tətilə görə keçirilməyən mövzular buraxılış imtahanlarına salınacaq?-CAVAB

 

Dövlət İmtahan Mərkəzi  9, 15 mart tarixlərində keçirilməsi nəzərdə tutulan   9-cu siniflər üçün   buraxılışın birinci mərhələsini və bir sıra imtahanları təxirə salıb.  

 

Bəs imtahanların  təxirə salınması, dolayısıyla məktəblərdə tədrisin dayandırlması mövzulara necə təsir edəcək?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi  qeyd edib ki, mart ayında keçirilməsi nəzərdə tutulan mövzular imtahanda istifadə olunmayacaq.

 

“ Təxirə salınan ərazilər, başqa sözlə istiqamətlər üzrə keçiriləcək buraxılış imtahanlarında mart ayı ərzində 9-cu siniflər üçün tədris planında nəzərdə tutulan mövzulardan sual və tapşırıqlar hazırlanmayacaq.   Xatırladaq ki, 9-cu  siniflərin buraxılış imtahanın birinci mərhələsində  Azərbaycan dili və ingilis dili üzrə əsasən, qrammatikadan  sual tapşırıqları istifadə olunmurdu. Əsasən mətnlərlə iş idi ki, bu da problem yaratmayacaq. Sadəcə riyaziyyat fənni üzrə  mart ayına aid olan mövzular  istisna olmaqla, digərləri üzrə sual tapşırıqların hazırlanmasında istifadə olunacaq”.

 

“11-ci siniflərə gəldikdə isə,  onların da imtahanlarında mart ayında keçirilməsi nəzərdə tutulan mövzulardan sual və tapşırıqlar olmayacaq. Yəni mart ayında tədrisi nəzərdə tutulan, amma tədris olunmayan mövzulardan 11-ci siniflərin buraxılış imtahanlarında  istifadə olunmayacaq”-deyə E. Əfəndi fikirlərinə əlavə edib.

 

Qeyd edək ki, təxirə salınan imtahanların nə vaxt keçiriləcəyi haqqında rəsmi məlumat yoxdur. İmtahanların keçirləcəyi gündən bir həftə əvvəl ictimaiyyətə dəqiq tarix ictimaiyyətə elan olunacaq.