Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-10 16:36:00
İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 14-cü IEEE beynəlxalq konfransı keçiriləcək  

Oktyabrın 7-9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 14-cü IEEE beynəlxalq konfransı (AICT 2020) keçiriləcək.

AzEdu.az xəbər verir ki, builki konfrans riyaziyyatçı, astronom, coğrafiyaşünas və müasir cəbr elminə mühüm töhfələr bəxş etmiş dünya şöhrətli alim Əl-Xarəzminin xatirəsinə həsr olunacaq.

Konfransda iştirak etmək istəyənlər tədqiqatçılar məqalələrini mayın 31-dək Təşkilat Komitəsinə ([email protected] və ya [email protected] elektron poçt ünvanlarına) təqdim edə bilərlər.

Beynəlxalq konfransın müxtəlif bölmələrində “Alqoritmlər” (xüsusi sessiya), “Big Data mühəndisliyi”, “Kibertəhlükəsizlik problemləri”, “Elmdə və təhsildə İKT-nin rolu”, “Verilənlər haqqında elm və genişmiqyaslı analitika” və s. mövzularda məruzələr dinləniləcək.