Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-09 15:38:00
 Tətil abituriyentlərə çox pis təsir edəcək –Ekspertdən təklif

  

Koronavirus təhlükəsi dünyanı qorxu içində saxlamağa davam edir. Hazırda əksər ölkələrdə virus təhlükəsinə qarşı ciddi tədbirlər həyata keçirilir. Bu səbəblə bir sıra dünya ölkələrində iş və təhsil müəssisələrinin müəyyən müddətlik fəaliyyətinin dayandırılması, profilaktik tədbir məqsədi ilə ciddi dezinfeksiya işlərinin aparılması müşahidə olunur.

 

Həmçinin ölkəmizdə də virus təhlükəsinə qarşı bir sıra ciddi tədbirlər həyata keçirilir.  Bütün ölkə üzrə dezinfeksiya işlərinin aparılması, xəstəxanalarda ciddi nəzarət sisteminin həyata keçirilməsi, virusdan müdafiə məqsədi ilə təhsil  müəssisələrinin fəaliyyətinin müvəqqəti dayandırılması və s. buna bariz nümunədir. Son olaraq isə tətil müddətinin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) uzadılması ilə bağlı qərar verildi.

 

Ancaq bunu da nəzərə almaq lazımdır ki, bu tətil müddəti şagird və tələbəblər üzərindən təsirsiz ötüşməyəcək. Tətil səbəbi ilə tələbə və şagirdlərin tədris proqramının konpensasiya olunması, onların dərs prəsesinə yenidən adaptasiyası ilə bağlı bir sıra məsələlər ortaya çıxır. Eyni zamanda universitetlərə qəbul imtahanının yaxınlaşdığını da nəzərə alsaq bu prosesin abituriyentlərə təsiri qaçınılmazdır. Bəs koronavirus təşvişi, təhsil müəssisələrinin müvəqqəti bağlanması, ümumilikdə bütün bu baş verənlər abituriyentlərin hazırlıq prosesinə nə dərəcədə təsir edir? 

Bu sualı təhsil eksperti Adil Vəliyev AzEdu.az-a açıqlamasında belə cavablandırıb:

“Düşünürəm ki, bu təşviş abituriyentlərə təsirsiz ötüşməyəcək. Həm 20 mart tarixinə kimi kursların da tətil elan etməkləri, həm tətil elan olunan vaxtın digər günlərdə birləşdirilərək dərslərin keçirilməsi abituriyentlər üçün çətinlik yaradacaq. Bir də düşünsək ki, bu xəstəlik istər sosial şəbəkələrdə istərsə də yaxın ətrafınızda çox danışılan mövzudur,bu səbəbdən xəstəlik həyəcanını atmaları da çətin olacaq”.

Ekspert bu müddət ərzində abituriyenlərin üçün vacib olan   məsləhətlər də verir: 

“Qorunmağın yolları çox bəsit olduğu üçün, abituriyentlərə məsləhətim təmizliyə riayət etmələri və ünsiyyət zamanı məsafəni gözləməkdir. Müəllimlər,valideyinlər və abituriyentlərin bir neçə aylıq sınaq müddəti qalıb, bərabər, anlayışlı olub yaxşı nəticə əldə etməlidirlər”.