Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-09 11:45:00
Mingəçevirdə məktəbdə yanğın BAŞ VERDİ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus orta məktəbdə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən AzEdu.az-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.(Publika)