Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-09 10:21:00
Koronavirusa görə dünyada 290 milyon məktəbli təhsilsiz qalıb  

"COVİD-19" xəstəliyinin sürətlə yayılması səbəbi ilə 13 ölkənin təhsil müəssisələrində tədris dayandırılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu (UNESCO) açıqlama yayıb.

Təşkilatın məlumatına görə, 13 ölkədə təhsilin dayandırılması nəticəsində dünya üzrə 290 milyondan çox məktəbli bir müddət təhsilsiz qalacaq.

Xatırladaq ki, Azərbaycanda da koronavirus səbəbi ilə bütün təhsil müəssisələrində tədris martın 3-dən 10-na qədər dayandırılıb.