Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-07 14:30:00
Güclü külək Xaçmazda məktəbin və ticarət obyektlərinin damını uçurub

Martın 6-sı axşam saatlarından başlayan güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.

AzEdu.az müxbiri xəbər verir ki, gecə saatlarından əsən külək rayonun Əhmədoba kəndinə İsmət Rəsulov adına tam orta məktəbin dam örtüyünü uçurub.

Bundan başqa, şəhər ərazisindəki parklardakı çoxillik ağaclar kökündən çıxaraq aşıb.

Rayonun Qaradağlı kənd məscidinin yardımçı tikilisinin, Qaracəlli kəndində yaşayış evinin və Xaçmaz-Quba yolunda yerləşən bir neçə ticarət obyektinin də dam örtüyü uçub. Bəzi ərazilərdə güclü külək elektrik və rabitə dirəklərini aşırıb. Bununla əlaqədar rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində problemlər yaranıb.

Hazırda Xaçmazda küləyin sürəti 53 km/saata çatır.