Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-07 11:51:00
Kurikulum üzrə qəbul tipli suallar-Müəllimlərin nəzərinə 

AzEdu.az MİQ müsabiqəsinə hazırlaşanlara kömək məqsədi ilə kurikulum üzrə qəbul tipli  sual nümunələrini  təqdim edir.

Sualları kurikulum təlimçisi Anar Əlizadə tərtib edib.

Xatırladaq ki, bu il müəllimlərin işə qəbul müsabiqəsində kurikulum suallarının sayı artırılaraq 20 tapşırıq müəyyənləşdirilib.

Hansı təhsilalanın hüquqlarına aid deyil ?

A) Müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək.

B) Elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq.

C) Fasiləsiz təshil almaq.

D) Öz arzusuna uyğun olaraq istətdiyi vaxt təhsilini müvəqqəti dayandırmaq.

E) Elmi- praktik konfransların ,seminarların, yığıncaqların vəgörüşlərin, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək.

 Perspektiv( illik) planlaşdırma aparmaq məqsədilə müəllim üçün zəruri hesab edilən bacarıqları müəyyən edin.

1 Məzmun standartlarına əsasən tədris vahidi vəmövzular üzrə dəqiqləşdirmələr aparmaq.

2 Alt standarları siniflər üzrə dəyişir və mürəkkəbləşdirir.

3 Tədris vahidləri və mövzuların ardıcıllığını müəyyən edir.

4 İnteqrasiya imkanları müəyyən edir.

5 Təlim məqsədinə görə məqsəd yönlü vaxt bölgüsü aparır.

6 Təlim məqsədlərinə əsasən nailiyyətlərin qiymətləndirilməsinin növlərini müəyyənləşdirir

7 Taksonomiya üzrə bilik komponenti dərinləşir ( söz – cümlə, mətn) , faəliiyət komponenti çətinləşirdirir

8 Əlavə resurslar seçir.

A) 1,3,4,5,6,8

B) 1,2,3,4,5,8

C) 1,3,4,5,7

D) 2,3,4,6,7,8

E) 2,3,4,5,6

 Müəllim bugün keçəcəyi dərsi cütlərlə iş təlim forması ilə həyata keçirməyi qərara alır, bu təlim formasına əsasən də debat təlim üsulunu seçir. Müəllimin seçdiyi təlim forması və üsulu düzgün müəyyən edildiyinə görə dərs uğurlu alınır, dərsdən gözlənilən təlim nəticələri özünü doğruldur. Müəllim bu zaman …….. düzgün müəyyənləşdirmiş hesab olunur. Nöqtələrin yerinə yazılmalıdır :

A) Qiymətləndirmə üsullarını

B) Sinfin təşkilini

C) Sinfin idarə olunmasını

D) Əsas stnadartı

E)Təlim strategiyasını

 Gülər müəllim dərsdə şagirdlərə Aqşin Yeniseyin “Tarix və tale “ romanından faktları uydurmadan seçib ayırmağı tapşırır. Bu zaman şagirdlərdə təfəkkürün hansı növü inkişaf edəcək ?

A) Məntiqi təfəkkür

B) Yaradıcı təfəkkür

C) Tənqidi təfəkkür

D) Hafizə

E)Təxəyyül

 Əsəd Qaraqaplanın  “Sonuncu sevgi şeiri “ şeirini düzgün oxu bacarıqlarına əsasən oxuyur. Məzmun standartının bilik və fəaliyyət komponentini düzgün müəyyənləşdirin.

A) Deklorativ – idraki

B) Prsedural – ünsiyyət

C) Kontekstual – psixomotor

D) Prosedural – idraki

E) Kontekstual – ünsiyyət

 Təhsil prosesinin iştirakçılarına aid deyil :

A) Uşaqlar, kursantlar

B) Defektoloqlar, loqopedlər

C) Valideynlər

D) Təhsili darəetmə orqanları, bələdiyyə

E) Yerli icra hakimiyyəti

 Formativ və summative qiymətləndirmə üçün ortaq sayıla bilər :

A) Həriki qiymətləndirmə rəsmi qiymətləndirmədir

B) Həriki qiymətləndirmə milli qiymətləndirmənin tərkib hissəsidir

C) Həriki qiymətləndirmə öyrənmə üçün qiymətləndirmədir

D) Həriki qiymətləndirmə öyrənməni qiymətləndirir

E) Həriki qiymətləndirmə eyni üsul və vasitələrədən istifadə oluna bilər

 Uğur 11 –ci sinidə oxuyur. Ədəbiyyat dərsində C. Məmmədquluzadənin“ Şeir bülbülləri” əsərinin məzmun və ideyasını düzgün müəyyənləşdirərək şifahi şəkildə təqdim edir.Yoldaşları da Uğuru dinləyərək onun fikrini bəyənirlər, Uğur da 10 ballıq qiymətləndirmə şklasıiləözünə 9 bal verir. Bu zaman məktəbdaxili qiymətləndirmənin hansı növündən istifadə olunacaq?

A) Formativ

B) Summativ

C) Diaqnostik

D) Milli qiymətləndirmə

E) Beynəlxalq qiymətləndirmə

 Təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi təhsil siyasətinin hansı prinsipinə aiddir ?

A) Səmərəlilik

B) Keyfiyyətlilik

C) Liberallaşma

D) Elmilik

E) Varislik

 Şagirdlərdə problemin həlli yollarının araşdırılması, onlarda tənqidi təfəkkürün formlaşaması üçün hansı üsullardan istifadə etmək daha məqsədə uyğundur ?

A) BiBÖ, Klaster

B) Kublaşdırma, Ziqzaq

C) Debat, Diskussiya

D) Akvarium, Sokrat dilaoqu

E) Karusel, Səhnələşdirmə

 Gülər dərs zamanı fikirlərini daha çox rəsmlərlə, çizgilərlə düşünür. Gülər xəyalındakı gördüyü rəsmləri sözə çevirir, həmçinin dinlədiklərinin beyində rəsmini qurur, öyrəndikləri məlumatları xatırlamaq üçün bu rəsimlərdən istifadə edir. Gülərdə H. Qardner nəzəriyyəsinin hansı səviyyəsi daha çox inkişaf edib ?

A) Linqivistik

B) Vizualməkan

C)Fərddaxili

D)Naturalist

E) Riyazi – məntiq

 

Anar müəllim ədəbiyyat dərsində N.Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərini daha dərindən mənimsətmək üçün şagirdləri 6 qrupa bölür. Qruplardan biri əsərdə baş verənləri öz sözləri ilə təsvir edir, digər qrup əsərdəki ovrazları müqayisə edir., başqa bir qrup əsəri başqa bir oxşar əsərlə əlaqələndidir. Əsəri təhlil edən qrup orada baş verən hadisələrin səbəb-nəticələrini araşdırır, tətbiq edən qrup hər hansı situasiyanı canlandırır, bir başqa qrup isə Rüstəm bəy obrazına leyhinə və əleyhinə çıxış edirlər.

Bu zaman Anar müəllim hansı təlim üsulundan sitifadə edir?

A) Kublaşdırma

B) İdeyalar xalısı
C) Qərarlar ağacı

D) Layihələrin hazırlanması
E) Refleksiya

 Müəllim sinfə girir. Dərsdən 3 dəqiqə keçir. Qapı döyülür və dərsə gecikən uşaq gəlir. Müəllim soruşur ki, dərsə niyə gecikmisən ?

Burda müəllimin buraxdığı səhvi müəyyən edin.

A) əməkdaşlıq yarada bilmir

B) uşaqlar arasında yoldaşlıq yarada bilmir

C) diferensial yanaşmadan istifadə etmir

D)suqqestiv qabiliyyəti zəif olur

E) şagirdə obyekt kimi yanaşır

 Standartlaşmaya aid olan açar sözləri seçin.

A) Bilik, fəaliyyət

B) Norma, ölçü

C) İntensiv, ekstensiv

D) Təlim, tərbiyə

E) Elmilik, müvafiqlik

 

Aşağıdakılardan hansı didaktik prinsip deyil :

A)Fasiləsizlik

B) Elmilik

C) Varislik

D) Sistemlilik

E) Şagirdlərin fəallığı

 Birinin mənası düzgün izah edilməyib :

A) Portfolio - Şagirdə aid sənədlər və əsasən formativ qiymətlərdirmə məlumatlarının qeydə alındığı xüsusi qovluq

B) Nostrifikasiya - təhsil haqqında sənədin ekvivalentliyinin müəyyənn edilməsi proseduru

C) Qanun – məqsədin, məzmunun, metodların sosial şərtlənməsidir

D) Hipoteza – hansısa hadisənin səbəbini aydınlaşdıran, hazırkı vaxtda səhihliyi sübut olunmuş elmi fərziyyə

E) Bençmark – icranın ( yerinə yetirilmənin) səviyyəsini dəqiq müəyyənləşdirmək üçün standart

 

 

Elçin görmə, hissetmə, dadbilmə, eşitmə, iybilmə qabiliyyətləri vasitəsilə ətraf aləmlə ünsiyyətə girir və bu zaman özünü ünsiyyətdə olduğu mühitin mərkəzində hiss edir və hər şeyi özüilə müqayisə edir. Verilmiş nümunə aiddir :

A) Jan Piajenin koqnitiv əməliyyatlarının sensor – hərəki mərhələsinə

B) Qardner nəzəriyyəsinin linqivistik səviyyəsinə

C) Qudladın “Beynəlxalq düşünmə” nəzəriyyəsinə

D) Dvek nəzəriyyəsinə

E) Viqotiski nəzəriyyəsinə

 Venn diaqramı ilə  bağlı yanlış fikri müəyyən edin.

 A) Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur.

B) Müqayisə olunan obyektlər təsvir edilir: (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur).
C) Üsulun necə keçiriləcəyi ilə bağlı şagirdlər təlimatlandırırlır.
D) Tədqiqat metodlarına aid olan bu üsulun bütün təlim formaları ilə həyata keçirilməsi mümkündür
E) Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir

 Verilmiş sxem hansı təlim üsuluna aiddir? 

Problem:

1-ci variant +-, 2-ci variant +-, 3-cü variant +-

Qərar:

A) İdeyalar xalısı B) Kublaşdırma
C) Venn diaqramı

D) Qərarlar ağacı
E) Konkret hadisənin tədqiqi