Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-06 14:42:00
“Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”ün əsasnaməsinə dəyişiklik edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarına əsasən “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”ün əsasnaməsinə dəyişiklik edilib.

İqtisadiyyat İnstitutundan AzEdu.az-a bildirilib ki, təqaüd verilmək üçün yaş həddi 30-dan 35-ə yüksəldilib.

Xatırladaq ki, “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd” İqtisadiyyat İnstitutunun direktorunun, AMEA-nın iqtisadiyyat üzrə həqiqi və müxbir üzvlərinin əməkhaqqı hesabına könüllü formada maliyyələşdirilir. Bir şəxs, bir qayda olaraq, 1 adsız fərdi təqaüdü maliyyələşdirir. Təqaüdün məbləği onu maliyyələşdirən şəxs tərəfindən müəyyənləşdirilir və 1 il ərzində hər ay verilir. Təqaüd onu verən şəxsin əməkhaqqı hesabından onu alanın əməkhaqqı hesabına köçürülür. Təqaüd onu maliyyələşdirən şəxsin bilavasitə tabeliyində işləyənlərə, yaxud elmi rəhbəri olduğu əməkdaşlara verilmir. Təqaüdə namizəd İqtisadiyyat İnstitutunun direktoru tərəfindən irəli sürülür və bu barədə qərar elmi şura tərəfindən səs çoxluğu ilə qəbul olunur.

Bu günlərdə verilmiş müvafiq qərara əsasən iqtisad elmləri doktoru Fuad Qənbərovun əməkhaqqısından hər ay ayrılacaq 100 manat hesabına elmi işçi Gülnarə Fətəliyeva 1 il “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd” alacaq.