Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-06 10:21:00
“Tariximizdəki faciələri olduğu kimi uşaqlara çatdırsaq, psixologiyalarında problemlər yaranacaq” - Ekspert

Tariximizdə faciə, işğal və soyqırımı günlərinin sayı az deyil. Həmin günlərdə bütün məktəb və bağçalarda hadisələrlə bağlı anım tədbirləri keçirilir, mövzular tədris edilir. Lakin görünən odur ki, təşkil olunan tədbirlər, seçilən mövzular çox zaman uşaqların psixoloji durumuna müsbət təsir göstərmir.

 Bəs soyqırımı hadisələrini, digər faciələri azyaşlı uşaqlara necə izah etməliyik?

AzEdu.az xəbər verir ki bu barədə tarix elmləri doktoru, professor Anar İsgəndərlidən açıqlama verib.

Ekpsertin azyaşlı uşaaqlara tarixdə baş verən faciələrdən danışarkən, vəhşiliyin detalları barədə danışmağın düzgün olmadığını deyib.

 “Tarix kitablarında vətən tarixi ilə bağlı hadisələrin şagirdlərə çatdırılması 5-ci sinif Azərbaycan tarixindən  başlayır. Diqqət olunan şeylər yaş həddinə uyğun olaraq hadisənin şagirdə çatdırılmasıdır. Tutaq ki, Çaldıran döyüşü ilə bağlı söhbət gedərkən burada əsir götürülən insanların qəddar şəkildə öldürülməsindən yox insanların əsir götürülməsindən söhbət gedir. 1918-ci il mart soyqırımı ilə bağlı Bakıda, Şamaxıda, Qubada olan hadisələrdən söhbət gedirsə, təbii ki, ermənilərin azərbaycanlılara - körpələrə, yaşlı insanlara , qadınlarımıza qarşı nələr törətdiyini bilirik. Amma bildiklərimizi eynən uşaqlara çatdırmaq onun psixologiyasında problemlər yaradacaq. Yəni 10-11-ci sinif şagirdinə verilən materiallarla 5-ci sinif şagirdinə verilən material fərqlidir. Heç bir şey təhrif olunmur. Sadəcə hər şey uşağın yaşına uyğun ona ötürülür”.

 O, məlumatları dolayısı ilə çatdırmağın metodlarından danışıb.

“Orta məktəblərdə hadisələrin şagirdlərə çatdırılmasında yolları müxtlifdir. Əyani vasitələr var, kinofilmlər var. Amma heç də ehtiyac yoxdur ki, 1918-ci ilin martında həyata keçirilən soyqırımı azyaşlı uşaqlara dəhşətli şəkildə çatdırasan. Əsas onun mahiyətidir. Yəni erməni bu soyqırımı nə üçün törədib? məqsəd nədən ibarət olub? Bunu bilsələr kifayətdir. Tətbiqi tarixdə hadisənin ayın neçəsində baş verməsi yox, niyə baş verməsi, o soyqırımın  bir daha təkrarlanmaması üçün nə etəmli olduğumuzu, və ya torpaqlarımızı işğaldan azad etmək barədə fikirlər uşaqlara aşılanmalıdır. Uşaq öz yaşına uyğun olmayan filmə baxanda  həm onun mahiyyətini dərk eləmir, həmdə orda qorxulu səhnələr varsa, uşağın psixikasında problem yaradır”. ( modern.az)