Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-06 10:00:00
Şəhid əsgərimiz ixtisasca müəllim olub-FOTO

 

“Çox böyük ağrı hissi ilə bildiririk ki, dünən axşam saatlarında Qazax rayonunun sərhəd kəndində əsgər Orxan Paşazadə düşmənin snayper gülləsi ilə şəhid olub. O, ötən il Naxçıvan universitetini ingilis dili müəllimliyi ixtisası üzrə bitirib”.

 

AzEdu.az xəbər verir ki, bunu özünün feysbuk hesabında Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov yazıb.

 

Qeyd edək ki, ötən gün  saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

 

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 Şəhid düşən əsgərimiz  müəllim ailəsinin övladı olub:

“Orxanın atası Nazim müəllim də Cəlilabadın Cəfərxanlı kənd orta məktəbinin tarix müəllimidir.Bu gün şəhid Orxan Paşazadə Cəlilabadın Cəfərxanlı kəndində dəfn olunacaq”.