Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 17:56:00
Rumıniyada Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edilir

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2020-2021-ci tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilib. Tədris rumın dilində aparılacaq.

Təqaüd proqramına müraciət edəcək iddiaçılar Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Aprelin 5-dək müraciət etmək olar. Təqaüd proqramı ilə bağlı əlavə məlumatı Təhsil Nazirliyinin saytında qəbul etmək mümkündür.