Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 15:11:00
İELTS və TOEFL müəllimləri tələbələri necə yanlış yönləndirirlər? -NÖQSANLAR

 

 Son zamanlarda şagird və tələbələrin əksəriyyəti xarici universitetlərə daxil olmağa ümid edir. Bu məqsədə nail olmaq üçün isə beynəlxalq dərəcəli IELTS və TOEFL dil imtahanlarını vermək vacibdir.

 

Bildiyimiz kimi, IELTS ingilisdilli ölkələrdə bakalavr və ya magistr təhsili almaq üçün tələb olunan beynəlxalq imtahan formasıdır.

 

Nəticə olaraq, əldə edilən sertifikatla tələbələr bir çox reytinqli universitetlərdə təhsil almaq hüququnu əldə edir. Azərbaycanda da kifayət qədər tələbələr bu sertifikatı almaq üçün kurslara və ya fərdi müəllimlərə müraciət edir.

 

Bəs bu müraciət tələbələr üçün nə dərəcədə uğurlu alınır?

 

“Global Theacher Prize” beynəlxalq  müəllim mükafatının qalibi, ingilis dili müəllimi Məhəmməd Qarakişiyev AzEdu.az-ın sualını belə cavablandırıb:

 

“Əgər məsələyə daha dərindən yanaşsaq, görərik ki, bu imtahan modelinə uyğun olmaq üçün ilk növbədə dil üçün vacib olan 4 bacarığı -  dinləmə, oxuma, yazı və danışığı (listening, reading, writing, speaking) lazımı səviyyəyə qədər formalaşdırmaq önəmlidir.

 

Azərbaycanlı tələbələrin imtahan verərkən nəticələri bəzən uğursuz olur. Bunun səbəbi IELTS müəllimlərinin ya düzgün istiqamət verməməsi, ya da pedaqoji təhsili olmayan bəzi şəxslərin müəllim kimi fəaliyyət göstərməsidir. Bu isə öz növbəsində öyrətmə metodunun düzgün aparılmaması ilə nəticələnir. Qeyd etmək istərdim ki, ümumi nəticələrə baxdıqda tələbələr ən çox yazı ( writing) bölməsinde daha az bal toplayırlar, bunun səbəbi orta məktəblərdə tənqidi təfəkkür tipli yazı üsullarından, demək olar ki, istifadə edilməməsidir.

 

IELTS müəllimləri daha uğurlu nəticələr əldə etmək üçün özünütəkmilləşdirmə təlimləri və seminarlarında iştirak etməlidirlər. Onlar bu cür təlimlərdə iştirak etməklə həm öz təcrübələrini artıra bilər, həm də proqramı daha effektiv tədris edə bilərlər”.