Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 17:07:53
Bakının olimpiada çempionları – Onları siz də tanıyın – AzEdu.az-la BŞTİ-nin layihəsi

2017-2018-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc medal olmaqla, ümumilikdə 52 məktəbli uğur qazanıb. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Azərbaycan Təhsil Portalının - Az.edu.az birgə layihəsi çərçivəsində olimpiada qaliblərini təqdim edirik. Onları Siz də tanıyın. 

Orucova Banu Pərviz qızı 21 avqust  2004-cü ildə anadan olub. 2010-cu ildə Zəngi liseyinin I sinfinə qəbul olub. 2017-ci ildən təhsilini Bakı şəhəri 62 nömrəli məktəb-liseydə davam etdirir. Hazırda 62 nömrəli məktəb-liseyin VIII sinif şagirdidir. Tədris nailiyyətləri və davranışı ilə fərqlənir.

2016-2017-ci ildə Respublika Fənn Olimpiadalarında informatika fənni üzrə gümüş, 2017-2018–ci ildə isə bürünc medalın sahibi olub.

Texniki fənlərə (riyaziyyat, informatika) böyük marağı var. Proqramçı olmağı arzulayır. 

Həmidova Aytən Yusif qızı 21 iyun 2001-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 192 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 192 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Fəal və yüksək davranışı ilə fərqlənən şagirdlərdəndir.

IX sinfi fərqlənmə şəhadətnaməsi ilə bitirib. 2016-2017-ci tədris ilində Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə yarımfinal mərhələsinə qədər yüksəlib. 2017-2018-ci tədris ilində isə Respublika Fənn Olimpiadalarında eyni fənn üzrə qızıl medal qazanıb.

2018-ci  ildə ali məktəblərə qəbul imtahanlarınının I turunda  637 bal toplayıb,  II turda 700 bal toplamağı hədəfləyir.

Rəssamlığa böyük marağı var. “ADA” Universitetində təhsil almağı arzulayır. 

Kərimli Aytən Elxan qızı 2 yanvar 2001-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 309 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 309 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. İstedadı və təfəkkürü ilə seçilən şagirdlərdəndir.

2018-ci ildə “Ölkəmizi tanıyaq və tanıdaq” layihəsində fəal iştirak edərək, uğur qazanmış şagirdlərdən biri olub. 2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə III yeri tutub.

Musiqiyə və mütaliəyə böyük marağı var. İngilis dilində sərbəst  danışır.

Arzusu iqtisadçı olmaqdır.

  

İsmayılova Günel Vüqar qızı 16 dekabr 2000-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 257 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Hazırda 257 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Nümunəvi və çalışqan şagirdlərdəndir.

2016-2017-ci ildə Respublika Fənn Olimpiadalarında Azərbaycan dili fənni üzrə yarımfinala qədər yüksəlib. 2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında isə eyni fənn üzrə II yeri tutub. 2018-ci  ildə ali məktəblərə qəbul imtahanlarının I turunda 661 bal toplayıb, II turda 700 bal toplamağı qarşısına məqsəd qoyub.

Humanitar elmlərə, bədii kitablar oxumağa və üzgüçülüyə böyük marağı var.

Tərcüməçi olmağı arzulayır. 

Hüseynli Aynur Eldar qızı 28 may 2001-ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhəri 270 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. Hazırda 270 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Məktəbin ictimai tədbirlərində fəal iştirakı ilə fərqlənir.

2017-2018-ci tədris ilində Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə II yeri tutub. 2018-ci  ildə ali məktəblərə qəbul imtahanlarında II ixtisas qrupu üzrə 640 bal toplayıb.

Mütaliəyə böyük marağı var. Arzusu xarici dildə təhsil almaqdır.