Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 16:57:30
I və IV qruplar üzrə 3 nəfər 700 bal toplayıb

"Ali məktəblərə I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri ötənilki səviyyədədir". 

AzEdu.az Xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə canlı yayımda deyib.

M.Abbaszadə bildirib ki, I qrup üzrə 2 nəfər, IV qrup üzrə isə 1 nəfər 700 bal toplayıb: “Bu, yaz imtahanın nəticəsidir. Yay imtahanında nəticələrin daha da yüksələcəyini gözləyirik. Bu il imtahanlarda abituriyentlərin ikinci imtahan vermək şansı ilə yanaşı, ixtisas qruplarını da dəyişmək şansı var”.