Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 09:12:00
Gənc müəllim MİQ-dəki dəyişiklərlə bağlı nazirliyə təşəkkür etdi

“Son günlərdə MİQ-lə bağlı uzun müddətdir gözlədiyim bir gözəl xəbəri axır ki, aldım. Buna görə də Təhsil nazirinə də, işçilərinə də, müəllimin yanında olan hər bir səlahiyyətli nümayəndəsinə də təşəkkürümü bildirmək istəyirəm”.

 

Bunu AzEdu.az-a açıqlamasında  gənc müəllim Ağayeva Nərgiz Məmməd qızı  Təhsil Nazirliyinin iki gün öncə MİQ müsabiqəsinin qaydalarında etdiyi dəyişiklərdən dnaışarkən qeyd edib.   O, bu il müsabiqədən 54 bal toplayıb:


“Mən bu il 54 bal topladım və qəbul olmadım, amma günü- gündən hər şeyin daha yaxşı olacağına inandığım üçün yenidən eyni əzmlə hazırlaşmağa başlamışdım, amma məni narahat edən iki məsələ var idi: biri məntiq,biri də balların iki il qüvvədə qalması...


Biz sevinməliyik ki, bu il müsabiqənin test imtahan mərhələsindən məntiq çıxarıldı, artıq gücümüzü ixtisas və dərsi keçməyə yol göstərən metodikaya verə bilərik.


Həmçinin, balların qüvvədə qalmaması məsələsi də bizim ürəyimizə su səpməlidir, axı hər il imtahan səviyyəsi eyni olmur, hər il minlərlə ilk dəfə imtahana girən müəllimlər olur, bir də düşünün ki, o minlərlənin üzərinə keçən ilkilər də gəlirdi və vakansiya sayından dəfələrlə çox namizəd olurdu.


Mən 54 bal toplayıb qəbul olmasam da, bu balı küçümsəyə də bilmərəm,keçidi keçmişəm, maksimuma da az qalmışam,amma bununla belə o balın qüvvədən düşəcəyinə sevinirəm,ümid edirəm ki,bu il və bu qərarlar bizə uğur gətirəcək.


Bir daha səsimizi eşidib bu qərarı verənlərə minnətdarlıq edirəm”.