Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-04 18:00:00
Məktəblilərdən vətənpərvər təşəbbüs

Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində paytaxt məktəbliləri tərəfindən “Qarabağı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində ölkəmizdə yaşayan və ya qonaq olan əcnəbilərə bukletlər paylanılıb.

 

AzEdu.az xəbər verir ki, bukletlər Bakı şəhəri 170 nömrəli tam orta məktəbin şagirdlərinin təşəbbüsü ilə 3 dildə (Azərbaycan, rus, ingilis dili) tərtib olunub.

 

Onların hazırlanmasında əsas məqsəd Xocalı soyqırımı, xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri və işğal altında olan torpaqlarımız haqqında informasiyaları xarici ölkə vətəndaşlarına çatdırmaq, həlak olanların xatirəsini ehtiramla yad etmək və məktəblilərdə vətənpərvərlik hissini yüksəltməkdir.

 

Dərsdən sonra həyata keçirilən layihə yerli sakinlər və əcnəbilər tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr edilib. Şagirdlərin təşəbbüsünə məktəb rəhbərliyi, müəllim və valideynlər də dəstək göstəriblər.

 

Qeyd edək ki, “Qarabağı tanıyaq və tanıdaq” layihəsində məktəbin VIII sinif şagirdləri iştirak ediblər. Layihə çərçivəsində müxtəlif bilik yarışları, “Dəyirmi masa”lar keçirilib, şagirdlər tədqiqatlara cəlb olunub.