Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-04 15:57:00
Gülər Hüseynova:  “İstedadlı müəllimləri bir araya toplayacaq layihəyə  başlayırıq”

 

 “Azərbaycanda kifayət qədər  bacarıqlı, səriştəli, öz istedadı ilə başqalarına nümunə olacaq müəllimlər var. "Yaradıcı müəllimlər" adlı layihəmiz həmin müəllimləri üzə çıxarmaq, geniş ictimaiyyətə təqdim etmək məqsədi ilə həyata keçiriləcək bir layihədir”.

 

Bu barədə AzEdu.az-a  “Yaradıcı müəllimlər” layihəsinin ideya müəllifi, kurikulum təlimçisi  Gülər Hüseynova  məlumat verib.  Onun sözlərinə görə, layihə əsnasında  bütün yaradıcı müəllimlərin istedadlarını nümayiş etdirən foto və videolar toplanacaq:

 

“Daha sonra həmin materiallara xüsusi dizayn veriləcək və “Təhsil forumu” səhifəsində paylaşılacaq.

 Belə bir deyim var ki, müəllim savadlı və bacarıqlı olarsa, şagirdi də ona bənzəyəcəkdir. Biz də belə müəllimlərin sorağındayıq. Yaradıcı müəllimlərin təqdimatını isə həftəsonlarında həyata keçirəcəyik. Bir sözlə, həftəsonlarını yaradıcılığımıza həsr edəcəyik.

 

Hətta bildirmək istəyirik ki, Təhsil Nazirliyi də bu cür müəllimlərin stimullaşdırılmasında, öz resurslarında təbliğ olunmasında və dəyərləndirilməsində maraqlı tərəfdir.

 

Odur ki, hər hansı xüsusi istedadı olan müəllimlər ( muğam oxumaq, şeir yazmaq və ya söyləmək, gözəl rəsm çəkmək, piano çalmaq, fərqli öyrədici metodlar yaratmaq və s.) qrup moderatorlarına müraciət edərək və ya aşağıdakı əlaqə vasitələrindən istifadə edərək öz işlərini təqdim edə bilərlər. Layihənin əsas məqsədi müəllim nüfuzunu cəmiyyət arasında daha da möhkəmləndirməkdir. İstedadına güvənən hər bir müəllim qoşulsun”.

 

Əlaqə: E-mail: [email protected]

( watsapp nömrəsi: 055-739-01-73)

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları