Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-04 15:19:00
6 tədris korpusu, inzibati bina, idman zalı, tələbə yataqxanası, tələbə avtobusu dezinfeksiya edilib

Koronavirus infeksiyasının yayılması ilə əlaqədar  Azərbaycan Texnologiya Universitetinin tələbələr üçün nəzərdə tutulan avtobus, akt zalları, auditoriyalar, laboratoriyalar, təlim mərkəzləri, dərs və iş otaqları, sanitar qovşaqlar, zirzəmilər dezinfeksiya edilib.

 6 tədris korpusu və inzibati bina dezinfeksiya edildikdən sonra, işlər universitetin idman zalında davam etdirilib. Burada da bütün bölmələr diqqətdə saxlanılıb. Daha sonra virus əleyhinə  tədbirlər universitetin yataqxanasında aparılıb.

 Dezinfeksiya zamanı Türkiyə və İspaniya istehsallı yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən istifadə olunub.(Azərbaycan müəllimi)