Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-04 11:00:00
Bu müəllimlər daimiləşmə müsabiqəsində iştirak edə bilməyəcəklər – Diqqət!

Bu həftədən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinə start verilib.

 

AzEdu.az  müəllim namizədləri maraqlandıran məsələlərə İnsan Rsursları Mərkəzinə istinadən aydınlıq gətirməyə çalışacaq.

 

Barəsində ən çox soruşulan üç məsələ ilə bağlı  “bir sual –bir cavab” formatında zəruri bilgini müəllim və namizədlərin diqqətinə çatdırırıq:

 

Sual: Sosial məzuniyyət yerində müddətli müqavilə ilə işləyən müəllim əsas işçi öz xahişi ilə işdən çıxarıldığı halda daimiləşmədə iştirak edə bilər?

 

Cavab: Xeyr,  daimiləşmə sosial məzuniyyət yerində çalışan müəllimlərə şamil olunmur.

 

Sual: Analıq məzuniyyətində olan namizədlər daimiləşmədə iştirak edə bilər?

Cavab: Bəli, sosial məzuniyyətdə olan namizədlər daimiləşmə müsabiqəsində iştirak edə biləcəklər.

 

Sual: Daimiləşmə üçün müsahibə mərhələsi harada və necə təşkil olunacaq?

 

Cavab:  Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.