Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 15:45:00
Orta məktəblərdə yeni sertifikasiya qaydaları müəyyənləşib 

Azərbaycanda sertifikasiyadan azad olunacaq dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin kateqoriyası müəyyənləşib. 

AzEdu.az-ın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə yeni 67-2 –ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olunur. 

Yeni maddəyə görə, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını yoxlanılması məqsədilə həmin işçilər “Təhsil haqqında” qanunda nəzərdə tutulmuş qaydada sertfikasiyaya cəlb edilirlər. Hamilə qadınların, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertfikasiyası keçrilmir. İlk dəfə işə qəbul olunanlar 5 il müddətində, eləcə də azı 3 dəfə sertfikasiyadan keçmiş şəxslər sertfikasiyadan keçirilmirlər. 

Sertfikasiyadan “Təhsil haqqında” qanununa uyğun olaraq təkrarən keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış Əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “C” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. 

Mirmahmud Kazımoğlu