Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-03 13:45:00
Gələcək jurnalistlərin videomontaj təlimləri

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin Tədris teleradio studiyasında videomontaj təlimlərinə start verilib.

 Televiziya jurnalistikası haqqında biliklərini iştirakçılarla bölüşən studiyanın rəhbəri Ramin Rzayev onlara təlimlərin keçirilmə məqsədləri barədə danışıb.

 Təlimçi, studiyanın video-montajçısı Sərdar Əsədzadə tələbə-jurnalistləri montaj proqramları haqqında məlumatlandırıb, onlara praktik olaraq proqramlardan necə istifadə etməyin yollarını izahlayıb.

 Sonda iştirakçılarla praktik iş aparılıb və müvafiq tapşırıqlar verilib.

 Universitetdən bildirilib ki, montaj təlimi bir neçə dərs keçirildikdən sonra operatorluq, müxbir işi və aparıcılıq təlimlərinə start veriləcək.

 Təlimlərin keçirilməsində əsas məqsəd tələbə-jurnalistlərin praktik bilgilərini artırmaq və peşə vərdişlərini formalaşdırmaqdır.