Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-03 13:14:00
Azərbaycanda bu müəllim dərsi onlayn şəkildə keçəcək - Koronovirus fəsadları

 

 “Tədris prosesini onlayn  şəkildə həyata keçirməyi düşünürəm”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü və Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Tədbiqi Psixologiya və Gender kafedrasının dosenti Elmina Kərimova deyib.

O, mart ayının 3-dən 10-a kimi tələbələri ilə olan tədris prosesini online şəkildə həyata keçirəcəyini qeyd edib.

“Təhsil müəssisələrin bağlanmasının mənfi tərəfləri də mövcuddur. Bunlardan ən başlıcası tədris proqramlarında yaşanacaq boşluqlardır. Bunu aradan qaldırmaq üçün əlavə dərslərin salınması da mümükündür. Lakin online olaraq dərs prosesini həyata keçirmək daha effektivdir.  Mən universitet müəllimi olaraq tədris prosesini online  şəkildə həyata keçməyi düşünürəm. Tələbələrə dərs materiallarnı email vasitəsi ilə göndərəcəm. Həm magistr, həm də bakalavrlar  ilə dərs prosesini online şəkildə quracam. Onlara material və tapşırıqları online şəkildə ötürüəcəm. Tələbələrim isə həmin materialları mənimsədikdən sonra mənə cavab verəcəklər. Beləliklə, biz  bu müddəti boş keçirməyəcəyik. Bu yolla tələbələr öyrənməyə davam edəcəklər”.

Qeyd edək ki, Çinin Uhan şəhərində meydana gələn və minlərlə insanın yoluxması ilə nəticələnən koronavirusun daha geniş yayılmasının qarşısını almaq məqsədi ilə artıq uzun müddətdir ki, Çində məktəb və universitetlərdə tətil elan edilib.

Koronavirusla əlaqədar məktəb və universitetlərin nə vaxt açılacağı bəlli deyil. Bu səbəbdən də artıq bu ölkədə şagird və tələbələrin təhsil həyatlarına davam edə bilməsi üçün dərslər onlayn şəkildə tədris olunur. Müəllimlərlə şagirdlər arasında dialoq isə onlayn çat vasitəsilə qurulur.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları