Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-03 12:35:00
Daimiləşmədən keçən müəllim MİQ müsabiqəsinə də buraxılacaq?-CAVAB

 

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinə start verilib.

 

 AzEdu.az  müəllim namizədləri maraqlandıran məsələlərə rəsmi quruma istinadən  aydınlıq gətirməyə çalışıb. Onlardan birini-tez-tez sual edilən vacib nüansla bağlı zəruri bilgini təqdim edirik:

 

Sual: Namizəd daimiləşmə müsabiqəsində uğur qazanarsa, il ərzində keçiriləcək növbəti müsabiqələrdə iştirak edə bilərmi?

 

Cavab: Daimiləşmə müsabiqəsində uğur qazanacaq namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə biləcəklər.
Namizəd daimiləşmə müsabiqəsində uğur qazandığı təqdirdə yeni tədris ilindən müddətsiz əsaslara işləyəcək. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində isə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında işləyən müəllimlər iştirak edə bilərlər. Bu səbəbdən daimiləşmə müsabiqəsində uğur qazanan namizədlərin yerdəyişmə müsabiqəsində iştirakı imkan xaricindədir.

 

Məlumat üçün bildirək ki, daimiləşmə müsabiqəsində iştirak edən namizədlər martın 6-sı 23:59-a qədər  miq.edu.az saytı ilə qeydiyyatdan keçə bilər.