Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-03 12:23:00
İmtahanlar burada da təxirə salındı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə imtahanlar təxirə salınıb.

 

Bu barədə qurumdan AzEdu.az-a  verilən məlumatda deyilir.

 

Qeyd olunub ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) sıravi heyətlə bağlı Ehtiyat Kadr Bazasının formalaşdırılması üçün 04-05-06 mart tarixlərinə təyin olunmuş test imtahanları koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində ölkədə həyata keçirilən tədbirlərə uyğun olaraq qeyri-müəyyən müddətədək təxirə salınıb.

 

İmtahanlara dəvət olunmuş namizədlərin sözügedən qərarı nəzərə alması xahiş edilib.