Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-02 17:45:00
“ABŞ təhsilli Azərbaycan məzunları”

“ABŞ təhsilli Azərbaycan məzunları” ictimai birliyinin üzvlərinin iştirakı ilə Mingəçevir Dövlət Universitetində (MDU) “Məzunlar danışır – Mingəçevir” adlı tədbir keçirilib.

 Tədbirdə MDU-nun rektoru Şahin Bayramov universitet haqqında məlumat verib və “ABŞ təhsilli Azərbaycan məzunları” ictimai birliyi ilə birgə tədbirin keçirilməsini yüksək qiymətləndirib. Özünün də xaricdə təhsil aldığını qeyd edən Ş.Bayramov ABŞ universitetlərinin məzunları ilə görüşün MDU-nun tələbələri və gənc əməkdaşları üçün faydalı olduğuna əminliyini bildirib.

 “ABŞ təhsilli Azərbaycan məzunları” ictimai birliyinin layihə meneceri Fatma Qurbanova tədbirin keçirilməsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib və MDU kollektivi ilə görüşməkdən məmnun olduqlarını vurğulayıb.

 Çıxış edənlər ABŞ-da təhsil aldıqları müxtəlif proqramlar barədə ətraflı məlumat veriblər.

 Tədbirdə xaricdə təhsilin üstünlükləri, əmək bazarının sürətlə dəyişən tələbləri, xarici dilləri öyrənməyin vacibliyi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 İştirakçıların böyük marağına səbəb olan tədbirin sonunda MDU tələbələri və gənc əməkdaşlarının çoxsaylı sualları qonaqlar tərəfindən cavablandırılıb.