Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-02 15:52:00
İsrail səfiri tələbə ilə tennis oynadı

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi ilə stolüstü tennis oynayıb.

 AzEdu.az xəbər verir ki, səfir Corc Dik Ali Məktəbin rektoru Elmar Qasımovla görüşü zamanı Bakı Ali Neft Məktəbinin əsas tədris kampusu ilə də tanış olub.

 Kampus turu çərçivəsində BANM-in tədris otaqları, laboratoriyaları, yeməkxanası və idman zalları ilə tanış olan səfir tennis meydançasında məşğələ keçən tələbələrlə görüşüb.

 Tələbələrlə stolüstü tennis oynayan Corc Dik sərrast ötürmələri ilə diqqət çəkib. Oyun maraqlı anlarla yadda qalıb.