Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-02 13:37:00
Güclü küləyin zərər yetirdiyi məktəb nəzarətə götürüldü – “Dərslər davam edir”

 

 

Martın 1-i əsən güclü külək nəticəsində 275 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.

 

Bakı Şəhər Təhsil İdarəsi AzEdu.az-ın sorğusuna cavab olaraq qeyd edib ki,  hadisə baş verdikdən dərhal sonra ərazi nəzarətə götürülüb.

 

“Məktəbin ərazisi və ətrafı dam örtüyünün qopan hissələrindən təmizlənib, müvafiq təhlükəsizlik tədbirləri görülərək Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bərkitmə işləri aparılıb. Dam örtüyünün uçan hissəsinin bərpası ilə bağlı müvafiq tədbirlər görüləcəkdir”.

 

Qeyd edək ki, hazırda məktəbdə tədris prosesi normal şəkildə davam edir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları