Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-01 15:14:00
Tələbələrin 1 manatlıq kabusu başa çatır - Dönərxanalar yenilənir

Bir müddət əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli respublikada nümunəvi dönərxanaların fəaliyyətə başalayacağını Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində Süfrə MMC-nin yaradılacağını açıqlayıb.

 

Maraqlıdır, yeni dönərxanalar indikilərin əsasında yaradılacaq, yoxsa tamamilə yenidən təşkil ediləcək? Nəhayət, illərdir zərərləri barədə danışılan 1 manatlıq dönərlər tarix olacaqmı?

 

Məsələ ilə bağlı AQTA-dan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu istiqamətdə tədbirlər həyata keçirilir:

 

“Qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində beynəlxalq standartların tətbiqi və minimum qida təhlükəsizliyi tələblərinin təmin olunması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu mütəxəssisləri tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Xüsusilə sahibkarlıq subyektlərinin maarifləndirilməsi diqqət mərkəzindədir. Bu tədbirlər içərisində pilot layihə olaraq nümunəvi dönərxanaların yaradılması da nəzərdə tutulub. Həmin layihə minimum keyfiyyət göstəricilərini özündə əks etdirən nümunəvi dönərxanaların yaradılması ilə bağlıdır. Layihə çərçivəsində yaradılacaq nümunəvi dönərxanaların fəaliyyətində əsas məqsəd bu işlə məşğul olan sahibkarlıq subyektlərinə qida təhülkəsizliyi standartlarını özündə əks etdirən nümunəvi dönərxanaların əyani olaraq göstərilməsi və minimim tələblərin çatdırılmasıdır”.

 

Qeyd edilib ki, ölkədə dönər fəaliyyəti ilə məşğul olan kiçik və orta sahibkarlıq subyektlərinə müraciət ediləcək:

 

“Onların da iştirakı ilə püşkatma vasitəsilə dönərxanalar seçiləcək. Yeni yaradılacaq təxminən 7 kvadratmetr sahəni əhatə edəcək dönərxanalarda təmir, tikinti işləri, standartlaşdırmalar həyata keçiriləcək və ödənişsiz olaraq sahibkarlara təhvil veriləcək”.

 

Rəsmi məlumata görə, layihə çərçivəsində ilkin olaraq kiçik ölçülü, modul tipli heyvan kəsimi ilə bağlı 39 rayonda 40 kəsim məntəqəsinin yaradılması nəzərdə tutulub. Hazırda həmin məntəqələrin quraşdırıla biləcəyi yerlər müəyyənləşdirilir”.