Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-29 11:32:00
11 yaşlı vunderkind Eynşteynin rekordunu qırdı

Britaniyanın Uotford şəhərindən olan gənc dahi “Mensa IQ” testindən keçərək vunderkind statusunu təsdiqləyə bilib.

AzEdu.az xəbər verir ki, 11 yaşlı Arian Heterpal 162 xal toplamaqla indiyə qədər əldə edilmiş ən yüksək balı yığıb. 

Qeyd edək ki, hətta müasir nəzəri fizikanın banisi Albert Eynşteyn belə 160 xaldan yuxarı toplaya bilməmişdi. Dünya əhalisinin isə cəmi 2%-i  maksimum 130 bal toplaya bilir.

Arianın valideynləri bildirib ki, gələcəkdə o, treyder və ya birja makleri olmaq istəyir. Oğlan aktiv istirahət, idman və macəra kitablarını sevir. (oxu.az)