Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-29 10:00:00
Macarıstan səfirliyinin nümayəndə heyəti ADNSU-da

Fevralın 27-də Macarıstan səfirliyinin nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

AzEdu.az xəbər verir ki, ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova  görüşün məqsədi haqqında məlumat verib.

Macarıstanda ali təhsilin keyfiyyəti, azərbaycanlı tələbələr üçün təqdim olunan imtiyazlar və Azərbaycanla əməkdaşlıq əlaqələri haqqında video təqdimatla çıxış edən Macarıstan səfirliyinin ikinci katibi, Mədəniyyət və təhsil üzrə nümayəndə Mihay Qruber  ADNSU  ilə  əməkdaşlıqda  və  tələbə mübadiləsində maraqlı olduqlarını diqqətə çatdırıb.

ADNSU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Leyla Nağıyeva universitet, beynəlxalq əməkdaşlıq, tələbə mübadiləsi proqramları, eləcə də mövcud layihələr barədə ətraflı məlumat verib.

Sonra ADNSU-nun əcnəbi tələbələrlə iş üzrə dekan müavini Natiq Məmmədov universitetdə təhsil alan əcnəbi tələbələr, onlar üçün yaradılan tədris şəraiti, eləcə də mübadilə proqramlarından danışıb.

Görüşün sonunda iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq imkanları və mübadilə proqramları haqqında müzakirələr aparılıb, tələbələri və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. (Azərbaycan müəllimi)