Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-28 14:38:00
Elmi Şuranın növbəti iclası  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.

 Universitetin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri haqqında məruzə ilə çıxış edib.

 Sonra ali məktəbin rektoru, professor Mustafa Babanlı ADNSU-nun 100 illik yubileyi ilə bağlı  tədbirlər planının yerinə yetirilməsi istiqamətində iclas iştirakçıları ilə müzakirə aparıb. İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin bu istiqamətdə gördüyü işləri xatırladıb və yeni tapşırıqlar verib.

 İclasda, həmçinin Elmi Şuranın qərarı ilə akademik Çingiz Cuvarlı adına təqaüd təsis olunub. Təqaüd  energetika fakültəsinin iki  ən yüksək tədris göstəricilərinə sahib olan tələbəsinə - 1 bakalavra və 1 magistrə veriləcək.

 ADNSU-da bakalavriat səviyyəsində təhsil alan tələbələrin 2019-2020-ci tədris ilində  keçəcəkləri təcrübənin vəziyyəti haqqında da məlumat verilib.

 Bildirilib ki, artıq IV kurs tələbələri istehsalat müəssisələrində təcrübəyə başlayıblar və universitetlə çoxsaylı şirkətlər arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması tələbələrin istehsalat müəssisələrində təcrübə keçməsini rahatlaşdırıb.

 Gündəlikdəki  məsələlər müzakirə olunduqdan sonra şura üzvlərinin səsverməsi ilə qərarlar qəbul edilib.