Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-26 10:27:00
Məcburi köçkün məktəbində Xocalı harayı-FOTO

 

Ağdam rayon 58 saylı köçkün ümumi orta məktəbin I-III azkomplektli sinfində sinif  rəhbəri Samir Abbaslının təşəbbüsü ilə fevralın 26-da ilk dərs məşğələsi Xocalı soyqırımına həsr edilib.

 

İlk dərs məşğələsi əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Sinif rəhbəri Samir Abbaslı çıxışında bildirilib ki, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Xocalı faciəsi Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoyub. 28 il ötməsinə baxmayaraq faciənin ağrı və acısı hələ də qəlbimizdə yaşayır. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin, o cümlədəm şəxsim üçün vətəndaşlıq borcudur və üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməliyik.

 

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi iradəsi və qətiyyəti nəticəsində bu faciənin dünya arenasında layiqincə qiymətləndirilməsi üçün zəruri bünövrənin qoyulduğu və daha sonra "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində məqsədyönlü və əsaslı tədbirlərin görüldüyü bildirilib. Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və bu hadisə yaddaşlarımızdan heç vaxt silinməyəcək.

 

Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndirib, onların hazırladıqları fotostendlər və guşələr nümayiş etdirilib.