Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-28 09:49:00
Haram qidalar insanın qeyrətində də problemər yaradır - İLAHİYYATÇI İLƏ MÜSAHİBƏ

Qurani-Kərimdə və Peyğəmbərin hədislərində haram olması buyurulan qidalardan başqa, heç bir qida haram sayılmır. Bəs Qurani -Kərimin haram buyurduğu qidaların insan sağlamlığına hansı ziyanları var?

AzEdu.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı din xadimlərinə müraciət edib. Fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Elvüsal Məmmədov İslam dinində haram buyrulan qidaların adını açıqlayıb.

“Din tərəfindən qadağan edilmiş qidalar “haram qidalar” hesab olunur. Ümumiyyətlə, insanın xoşuna gələn, təmiz qidalar İslamda halal, iştahanın çəkmədiyi, murdar qidalar isə haram qəbul edilib. Dini terminologiyada insanın xoşuna gələn, təmiz qidalar “təyyibat”, iştahanın çəkmədiyi, murdar qidalar isə “xəbis” sözü ilə ifadə olunur. İslam hüququnda qida kimi istifadəsi mümkün şeylərin halallıq və haramlığı, əsasən onların orqanizmə xeyirli, yaxud zərərli olmağı ilə, təmiz və xoş olmağı ilə şərtlənib. Yəni, yeyilməsi, içilməsi mümkün istənilən qidanın hər şeydən əvvəl orqanizmə təsiri nəzərə alınır. Bitki mənşəli qidaların halal və haram təyinatı orqanizmə zərər vurub-vurmadığına görə müəyyənləşir. Bu baxımdan alkoqollu içkilər, uyuşdurucu maddələr haram elan edilib”.

İlahiyyatçı Elvüsal Məmmədov haram buyrulan qidaların insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını deməklə yanaşı, haram məhsulların insanı əxlaqına təsirini də əlavə edib.

“Allahın haram buyurduğu qidalar insan sağlamlığına onun orqanlarına tamamilə ziyandır. İnsanın ruhuna, hətta qeyrətinə çox böyük təsir edir. Ən əsası insan sağlamlığına ziyan olan və haram buyrulan qidalardan biri də donuzdur. İnsanla donuzun qan qrupları eynidir. Digər heyvanlarda insandakı kimi qan qrupu bölünmür. Donuzun insan orqanizmiylə bir çox oxşarlıqları var. Donuz bir virus daşıyıcısıdır. Eyni zamanda insanlar donuz ətini çox yeyərsə, donuz ətində elə bir şey var ki, insanın əhval-ruhiyəsini dəyişir. İnsanların düşüncələrini dəyişdirir. Bəzən də qeyrət baxımından insanda problem yaradır”.