Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-27 17:04:00
Müəllimlər bu üsulla  kurikulum mövzularını çox asan öyrənə bilirlər –Sadə metod

 

“Müəllimlər taksanomiya, pedaqogiya ilə bağlı suallarda çətinlik çəkirlər. Halbuki, bunlar çox asandır və öyrənməyin metodları vardır. Müəllimlər daha çox əzbərçiliyə yol verdiklərinə görə, müxtəlif çətinliklər yaşayırlar.Bununla bağlı xüsusi metodlar,qaydalar var, mən həmin metodlarla dərs keçib,öyrədirəm.Həmin üsulları öyrənib, tapşırıqları,testləri daha asan tapmaq olar”.

Bunu AzEdu.az-a açıqlamasında kurikulum üzrə təlimçi Günel Əliyeva deyib. O, MİQ müsabiqəsinə hazırlaşan müəllim və namizədlərin kurikulumla bağlı əsasən, nələrdə çətinlik yaşadıqları barəsində danışarkən, bir neçə faktı səsləndirib:

 

Müəllimlər kurikulum bəhsini elmi üslubda, termin formasında öyrənəndə çətinlik çəkirlər. Amma asan öyrənib, yadda saxlamağın öz xüsusi qaydalar vardır ki, mən onları obrazlı nitq formasında, yəni xəyal gücü ilə nitq qurun deyirəm.  Onu hekayə kimi yazdıranda əzbərləmir, ardıcıllıqla yadda saxlayırlar.

Müəllimlər ardıcıllığı xəyal gücündə canlandıran zaman heç nəyi əzbərləmirlər. Onlar bu zaman yalnız  ünsiyyət bacarıqlarını yadda saxlamaq üçün iş görürlər.  

 

Tutaq ki, müəllim MİQ müsabiqəsinin test imtahan mərhələsinə gedib və ona belə bir sual düşüb: “Ünsiyyət bacarıqlarını seçin”

Əgər o bu mövzunu əzbərləsəydi, nəyisə qarışıq sala bilərdi, amma obrazlı şəkildə əxz etdiyindən, bunu həmən yadına salır, və sualı cavablayır.

Qeyd etdi ki, belə qaydaları çoxdu,onları dərs keçəndə canlandırır, obrazları yaratdır.Demək olar ki, əksər mövzularda belə qaydalarım var,bu şəkildə dərsləri keçirəm. Yalnız elmi üslubda olanda,yəni əzbərləyəndə qarışdırırlar,mənasını da dərk etmirlər”. 

Rəviyyə Cəfərzadə